BAHADUR FARS.

Qoçaq, igid, qəhrəman. Rus dilində bu söz богатырь şəklində işlənir. (“Koroğlu” dastanının lüğəti) 

Bir atadan kaş olaydı,

Bahadur yoldaş olaydı,

Koroğluya qardaş olaydı

İgid, Reyhan kimi gərək.

                       (Paris nüsxəsi, 3-cü məclis)

BAHADUR
BAHADURLUQ
OBASTAN VİKİ
Bahadur
Bahadur (dağ) — İranın Həmədan ostanında dağ. Hündürlüyü 2812 m.
Fars
Farslar — əsasən İranda yaşayan xalq. == Məskunlaşmaları və sayları == Dünyada sayları 2013-cü ilə olan təxminə əsasən 83 milyondan çoxdur. Onlardan 59 milyonu İranda, qalanları Türkiyədə, BƏƏ-də, İraqda, Qətərdə, Amerika Birləşmiş Ştatlarında, Almaniyada, Kanadada, Fransada, Böyük Britaniyada, Küveytdə, İsveçdə və digər ölkələrdə yaşayırlar. Fars dilində danışırlar. Dindarların əksəriyyəti şiə, azlığı sünni, bəhai, zərdüşti və sairədir. == Fars xalqının mənşəyi və "fars" sözünün mənası == Fars sözünə İlk dəfə e.ə. IX əsrə aid qədim Aşşur kitabələrində rast gəlinmişdir. Fars sözü qədim pəhləvi dilində "iti","cəld" anlamını ifadə edir. Farslar e.ə. II minillikdə Şərqi Avropa düzəngahlarından kütləvi şəkildə köç edərək Orta Asiyada, oradan da Fars körfəzinin şimal-şərq ərazilərdəki qədim yurdlarına qayıdaraq məskunlaşmışlar.
Bahadur (Bostanabad)
Bahadur (fars. بهادر‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 41 nəfər yaşayır (8 ailə).
Bahadur (ad)
Bahadur — Azərbaycanda çox işlədilən ad və təxəllüs. Bahadur Əliyev — Aktyor. Film səsləndirən. Mətn oxuyan. Bahadur Eyvazov — tibb elmləri doktoru (1936), professor (1940) Bahadur HəziyevBahadur Həziyev (idmançı, 1926) Bahadur Həziyev (idmançı, 1971)Bahadur Hüseynov — Azərbaycanın əməkdar hüquqşünası, general-mayor.
Bahadur (dağ)
Bahadur dağ, İranın Həmədan ostanında dağ. Hündürlüyü 2812 m.
Bahadur Abbasov
Bahadur Bayram oğlu Abbasov (d. 31 iyul 1960; Naxçıvan, Azərbaycan - ö. 24 may 1992; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, I Qarabağ müharibəsinin şəhidi. == Həyatı və hərbi xidməti == Bahadur Abbasov 1960-cı il 31 iyulda Naxçıvan şəhərində anadan olub. O, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri qismində I Qarabağ müharibəsinin bir sıra döyüşlərinə qatılıb. Azərbaycan Xalq Cəbhəsinin üzvü idi. O, 1992-ci il 24 may tarixində erməni tərəfi ilə əldə edilmiş razılıq əsasında meyidləri dəyişməyə gedərkən şəhid olub. Naxçıvan şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Bahadur Abdullayev
Bahadur Fərman (azərb. Bahadur Fərman oğlu Abdullayev‎; 1939, Muşavak, Dəstəfur rayonu – 2016) — Azərbaycan Respublikasının Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Bahadur Fərman oğlu Abdullayev 1939-cu ildə Daşkəsən rayonunun Muşavaq kəndində anadan olub. === Təhsili === Orta təhsini Gəncə şəhəri 6 №li məktəbdə alıb. 1962- ci ildə H.Zərdabi adına Gəncə Dövlət Universiteti tarix-filologiya fakültəsinə qəbul olub, 1969-cu ildə həmin fakültəni bitirib. Təhsil aldığı müddətdə 3 il hərbi xidmətdə olub. == Fəaliyyəti == === Pedaqoji fəaliyyəti === Daşkəsən rayonu, Kobalt qəsəbəsindəki internat məktəbdə müəllim (1969-1973), “Kirovabad kommunisti” qəzeti redaksiyasında şöbə müdiri (1973-1983), Gəncə şəhər Hacıkənd qəsəbəsindəki səkkizillik məktəbin (1977-1983), 5№li qiyabi orta məktəbin direktoru (1977-1983), Nizami rayon Təhsil şöbəsində metodkabinetin müdiri (1983-1988), 12 və 25 №li məktəblərdə direktor (1988-1998), sonra Gəncə şəhər Təhsil İdarəsində məktəb məsləhətçisi vəzifəsində çalışıb. Təhsil sahəsindəki uzunmüddətli səmərəli və qüsursuz fəaliyyətinə görə dəfələrlə müxtəlif mükafatlara layiq görülüb. === Yaradıcılıq fəaliyyəti === Hələ gənc yaşlarından bədii yaradıcılığa maraq göstərib, respublikamızın müxtəlif qəzet, jurnallarında, ədəbi almanaxlarda şeirləri dərc olunub. “Anamın laylası” adlı ilk şeirlər kitabı 1966-cı ildə işıq üzü görüb və ədəbi ictimaiyyətin diqqətini cəlb edib.
Bahadur Axundov
Bahadur Məmməd oğlu Axundov — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR rabitə naziri (1984–1990), Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatı. == Həyatı == Bahadur Məmməd oğlu Axundov 1929-cu ilin may ayında anadan olmuşdur. Moskva Elektrotexnika Rabitə İnstitutunu bitirmişdir.Bahadur əmək fəaliyyətinə 1943-cü ildə Bakı teleqrafının mexaniki kimi başlamış, növbə mühəndisi, şöbə rəisi, Bakı teleqrafının rəisi, 1963-cü ildən Azərbaycan SSR Rabitə Nazirliyinin baş mühəndisi olmuşdur. 1965-ci ilin dekabr ayında Azərbaycan SSR rabitə nazirinin birinci müavini, 1984-cü ildə isə Azərbaycan SSR rabitə naziri vəzifəsinə təyin edilmişdir.Bahadur Axundov 1956-cı ildən Sov.İKP üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatı seçilmişdir. "Azərbaycan SSR əməkdar rabitəçisi" fəxri adına layiq görülmüşdür.
Bahadur Ağquzu
Bahadur Ağquzu (tam adı: Mehmed Bahadur Ağquzu, türk. Mehmet Bahadır Akkuzu; 3 fevral 1955, İstanbul – 6 avqust 2009) — Türkiyə musiqiçisi, müğənnisi və bəstəkarı.
Bahadur Baxşıyev
Baxşıyev Bahadur Ələkbər oğlu — rentgenoloq-radioloq, respublika üzrə baş mütəxəssis, ATU-nun rentgenologiya kafedrasının müdiri, professor. "Azərbaycanın əməkdar həkimi" fəxri adına layiq görülmüşdür. == Həyatı == Baxşıyev Bahadur Ələkbər oğlu 1955-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirərək, Ordubad şəhər xəstəxanasında rentgenoloq və poliklinika müdiri vəzifəsində çalışmişdır. O dövrdə Azərbaycan Respublikasında Rentgenologiya və Radiologiya sahəsində yüksək mütəxəssislər olmadığından B. Ə. Baxşıyev 1960-cı ildə Moskvanın elmi tədqiqat Rentgen və Radiologiya İnstitutuna ezam edilmişdir. O, Moskvanın Rentgen və Radiologiya İnstitutunda 1962-ci ildə namizədlik, 1969-cu ildə doktorluq dissertasiyasını müdafiə etmiş və tibb elmləri doktoru alimlik adına layiq görülmüşdür. O, Azərbaycan Respublikasına Rentgenologiya və Radiologiya sahəsində tibb elmlər doktoru adına layiq görülən ilk azərbaycanlı alimdir. O, 1969–1973-cü illərdə ATU-nun I müalicə profilaktika fakultəsinin dekanı vəzifəsində çalışmışdır. 1983–1989-cu illərdə ikinci dəfə həmin fakultənin dekanı vəzifəsinə layiq görülmüşdür. B. Ə. Baxşıyev 300 elmi əsərin, 15 ixtiranın və səmərələşdirici təklifin, 13 monoqrafiya və dərsliyin müəllifidir. İlk dəfə Azərbaycan dilində Rentgenologiya və Radiologiya üzrə dərslik professor B. Baxşıyev tərəfindən 1976-cı ildə yazılmışdır.
Bahadur Eyvazov
Eyvazov Bahadur Əsgər bəy oğlu (26 oktyabr 1907, Qaryagin rayonu – 1987) — görkəmli həkim, dermatoveneroloq, tibb elmləri doktoru (1936), professor (1940), Azərbaycan SSR-nin Əməkdar həkimi (1942), Azərbaycan SSR əməkdar elm xadimi (1956). == Həyatı == Bahadur Eyvazov 26 oktyabr 1907-ci ildə Qaryagin qəzasının Qarğabazar kəndində anadan olmuşdu. Kəndlərindəki natamam məktəbi bitirəndən sonra Bakı şəhərində orta təhsil almışdır. Sonra Bakı Dövlət Universitetinin tıbb fakültəsini bitirmişdi. 1935-1937-ci illərdə Azərbaycan SSR Səhiyyə Komissarlığında elm və tibb təhsili idarəsinə başçılıq etmiş, 1938-1946-cı illərdə Azərbaycan Elmi-Tədqiqat Dəri-Zöhrəvi Xəstəlikləri İnstitutunun direktoru vəzıfəsində çalışmışdı. 1946-1964-cü illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun rektoru olmuşdu. 1973-cü ildən Azərbaycan SSR Elmi-Tədqiqat Hematologiya və Qanköçürmə İnstitutunun direktoru vəzifəsində çalışmışdı. Hazırda həmin institut onun adını daşıyır. Tədqiqatı əsasən, dəri-zöhrəvi xəstəliklərin klinikası və epidemiologiyasının, respublika balneoloji kurort sərvətlərinin (Naftalan nefti, Suraxanı kükürdlü suyu, Şıx mineral bulağı, Şuşa iqlim kurortu və s.) öyrənilməsinə həsr olunmuşdur. Azərbaycan SSR Ali Sovetinin (2-ci və 5-ci çağırış) deputatı seçilmişdi.
Bahadur Fərman
Bahadur Fərman (azərb. Bahadur Fərman oğlu Abdullayev‎; 1939, Muşavak, Dəstəfur rayonu – 2016) — Azərbaycan Respublikasının Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Bahadur Fərman oğlu Abdullayev 1939-cu ildə Daşkəsən rayonunun Muşavaq kəndində anadan olub. === Təhsili === Orta təhsini Gəncə şəhəri 6 №li məktəbdə alıb. 1962- ci ildə H.Zərdabi adına Gəncə Dövlət Universiteti tarix-filologiya fakültəsinə qəbul olub, 1969-cu ildə həmin fakültəni bitirib. Təhsil aldığı müddətdə 3 il hərbi xidmətdə olub. == Fəaliyyəti == === Pedaqoji fəaliyyəti === Daşkəsən rayonu, Kobalt qəsəbəsindəki internat məktəbdə müəllim (1969-1973), “Kirovabad kommunisti” qəzeti redaksiyasında şöbə müdiri (1973-1983), Gəncə şəhər Hacıkənd qəsəbəsindəki səkkizillik məktəbin (1977-1983), 5№li qiyabi orta məktəbin direktoru (1977-1983), Nizami rayon Təhsil şöbəsində metodkabinetin müdiri (1983-1988), 12 və 25 №li məktəblərdə direktor (1988-1998), sonra Gəncə şəhər Təhsil İdarəsində məktəb məsləhətçisi vəzifəsində çalışıb. Təhsil sahəsindəki uzunmüddətli səmərəli və qüsursuz fəaliyyətinə görə dəfələrlə müxtəlif mükafatlara layiq görülüb. === Yaradıcılıq fəaliyyəti === Hələ gənc yaşlarından bədii yaradıcılığa maraq göstərib, respublikamızın müxtəlif qəzet, jurnallarında, ədəbi almanaxlarda şeirləri dərc olunub. “Anamın laylası” adlı ilk şeirlər kitabı 1966-cı ildə işıq üzü görüb və ədəbi ictimaiyyətin diqqətini cəlb edib.
Bahadur Hüseynov
Bahadur Hüseynov (15 dekabr 1921, Şərur – 31 dekabr 2016, Bakı) — Azərbaycanın əməkdar hüquqşünası, general-mayor. == Həyatı == Bahadur Məmmədqulu oğlu Hüseynov 1921-ci il dekabr ayının 15-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kəndli ailəsində anadan olmuşdur. Ağır iqtisadi həyat şəraitini yüngülləşdirmək məqsədilə onun 3 yaşı olanda ailəsi Naxçıvandan Gəncəyə köçməli olur. 1934-cü ildə Gəncədə yeddiillik təhsilini başa vuran Bahadur elə bu şəhərdə Toxuculuq Texnikumuna qəbul olur və 1938-ci ildə həmin texnikumu müvəffəqiyyətlə bitirərək Toxuculuq Kombinatında işə düzəlir. Amma nə aldığı təhsili, nə də ki, işi ürəyincə olur. Bu həmin vaxtlar idi ki, Bahadur Hüseynovun böyük qardaşı Əhməd Xarkovda təhsil alırdı. Bahaduru da təhsilini davam etdirmək üçün öz yanına çağırırdı. Elə bu istəklə də 1939-cu ilin mayında Xarkova yola düşür. 1939-cu ildə Xarkov şəhərindəki Elektrotexnika İnstitutunun hazırlıq şöbəsinə daxil olmuş, həmin şöbəni bitirdikdən sonra təhsilini F. E. Dzerjinski adına Xarkov sərhədçilər məktəbində davam etmişdir. Böyük Vətən müharibəsi başlananda Bahadur da vaxtından əvvəl təhsilini başa vuraraq, kiçik leytenant rütbəsində, taqım komandiri kimi cəbhəyə yollanır.
Bahadur Həziyev
Bahadur Salam oğlu Həziyev (d.1926) — Əməkdar məşqiçi, SSRİ və Azərbaycan SSR çempionu, Azərbaycan güləşçisi. Bahadur Bahadur oğlu Həziyev (d.1971) — Əməkdar məşqçi, İdman ustası, Azərbaycan çempionu. Bahadur Məmməd oğlu Həziyev (d.1999) — Azərbaycan futbolçusu.
Bahadur Mehralıoğlu
Bahadur Mehralı oğlu (1883 – 5 dekabr 1962) — Azərbaycan xanəndəsi. == Həyatı == Bahadur Mehralı oğlu 1883-cü ildə Şuşa şəhərində anadan olmuşdu. 1928-ci ildə ailəsi ilə birlikdə Ağdama köçmüşdü. Bahadur artıq 20 yaşından bir xanəndə kimi Qarabağ məclislərində məşhurlaşmışdı. Onu tez-tez Şəkiyə, Şamaxıya, Gəncəyə, İrəvana, Tiflisə, hətta İrana dəvət edirdilər. Toy məclislərindən başqa, o, həmçinin Şuşada və Ağdamda keçirilən Şərq konsertlərində çıxış edirdi. Bahadur Mehralı oğlu usta xanəndə kimi geniş səs diapazonuna malik idi. O, bütün muğamları pəsdə və zildə asanlıqla oxuyurdu. F.Şuşinskinin yazdığına görə o, Qarabağ məktəbinin bütün ifaçılıq qaydalarına ciddi riayət edər, hər şeyi ölçüb-biçər, artıq xallar vurmazdı. Bahadur guşəxanlıqda, söz seçməkdə, qəzəlxanlıqda usta idi.
Bahadur Nəcəfov
Nəcəfov Bahadur Teymur oglu (d.1933, Laçın rayonu, Pircahan-v.12 noyabr, 2000, Bakı) — tədqiqatçı pedaqoq. == Həyatı == Nəcəfov Bahadur Teymur oglu 1933-cü ildə Laçın rayonunun Pircahan kəndində zəhmətkeş bir ailədə dünyaya göz açıb. İlk pedoqoji təhsilini 1950–1951-ci illərdə Laçın Pedoqoji məktəbində başlamışdır. Pedoqoji məktəbi qurtardıqdan sonra 18 yaşında ikən müəllimlik peşəsində ilk kövrək addımlarını atmışdır. 1952–1956 cı illərdə isə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (Azərbaycan Dövlət Pedoqoji Universiteti) təhsilini davam etdirmişdir. İnstitutu bitirdikden sonra Bahadur müəllimin pedoqoji əmək fəaliyyəti Azərbaycanın ən ucqar dağ kəndlərindən başlayıb. Bu Laçın rayonunun Hacıxanlı, Kürdhacı, Vağazin, Pircahan, Zabux və s.kəndlərini əhatə edir. Nəcəfov Bahadur Teymur oğlu doğulduğu Laçın rayonu Pircahan kəndinin ilk ali təhsilli ziyalılarındandır. O, dərs-tədris işləri ilə bərabər həm də elmi-pedoqoji fəaliyyətini də davam etdirib. Minimum imtahanlarını müvəfəqiyyətlə verərək aspiranturaya qəbul olur.
Bahadur Tağıyev
Bahadur Hüseyn oğlu Tağıyev (13 mart 1934, Türkoba, Masallı rayonu – 7 yanvar 2020, Bakı) — Azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü (2014), Milli Aviasiya Akademiyasının Ümumi və tətbiqi fizika kafedrasının müdiri. == Həyatı == Bahadur Tağıyev 13 mart 1934-cü ildə Masallı rayonunun Türkoba kəndində anadan olmuşdur. 1956-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu fizika ixtisası üzrə bitirmişdir. O, 1965-ci ildə fizika üzrə fəlsəfə doktoru, 1978-ci ildə fizika üzrə elmlər doktoru elmi dərəcəsini, 1984-cü ildə isə professor elmi adını almış, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2014-cü ildə həqiqi üzvü seçilmişdir. Rusiya Elmlər Akademiyasının lümenessensiya şurasının üzvü olmuşdur.Bahadur Tağıyev əmək fəaliyyətinə 1959-cu ildə başlayamışdır. O, AEA Fizika İnstitutunda aspirant, elmi işçi, laboratoriya müdiri işləmişdir. Sonralar isə bu institutun baş elmi işçisi olmuşdur. B.Tağıyev 1996–2009-cu illərdə Milli Aviasiya Akademiyasında əvəzçi professor olmuş, 2009-cu ildən isə burada Fizika kafedrasının müdiri və Elmi-tədqiqat Nəqliyyat və Aviakosmik Problemlər İnstitutunun (ETNAPİ) direktoru vəzifəsində işləmişdir.Bahadur Tağıyev 7 yanvar 2020-ci ildə vəfat etmişdir. İkinci Fəxri xiyabanda dəfn olunmuşdur. == Elmi nəaliyyətləri == Alimin fəaliyyəti nəticəsində müxtəlif kristal quruluşu olan (zəncirvari, laylı, kubik və s.) elementar (selen) və mürəkkəb yarımkeçiricilərdə (GaSe, Ga2 Se3, EuGa2Se4, CaGa2 S4 və s.) 77300K temperatur intervalında, qüvvətli elektrik sahəsində (10–105 V/sm) elektrikkeçirmə mexanizminin yüksək daşıyıcıların injeksiyası və termoelektron ionlaşma ilə əlaqədar olması müəyyənləşdirilmişdir.
Bahadur Zeynalov
Bahadur Qasım oğlu Zeynalov (1917, Qoçəhmədli, Qaryagin qəzası – 1995, Bakı) — kimyaçı, AEA-nın həqiqi üzvi, əməkdar elm xadimi. == Həyatı == Bahadur Zeynalov 1917-ci ildə Qaryagin qəzasının Qoçəhmədli kəndində dünyaya gəlmişdi. Orta məktəbi bitirəndən sonra 1930-cu ildə Ağdam Kənd təsərrüfatı Texnikumuna daxil olmuşdu. 1933-cü ildə texnikumu tamamlayıb MTS-də aqrotexnik vəzifəsində işə başlamışdı. 1934-cü ildə API-yə qəbul olmuşdu. 1938-ci ildə institutu tamamlayıb, EA-nın aspiranturasına girmişdi. 1939-cu ildə əskəri xidmətə çağırılmışdı. Səmərqənd şəhərindəki 1592-ci süvari alayında hərbi qulluğa başlamışdı. 1940-cı ilədək burda xidmət etmişdi. 1940-cı ildən 1941-ci ilədək Leninabad şəhərində 9-cu minamyot bölməsinin kursantı olmuşdu.
Bahadur Əliyev
Bahadur Atabala oğlu Əliyev (24 fevral 1933, Sığıncaq, Masallı rayonu – 16 sentyabr 2002, Sumqayıt) — Azərbaycan aktyoru. == Həyatı == Bahadur Əliyev 24 fevral 1933-cü ildə Masallı rayonunun Sığıncaq kəndində anadan olub. 1957-ci ildə İncəsənət İnstitutunun kino və dram aktyorluğu fakültəsini bitirib. 2002-ci il sentyabrın 16-da günorta radələrində Sumqayıt şəhərində yolda ürək çatışmazlığından infarkt keçirərək vəfat etmişdir. == Filmoqrafiya == Alıcının sərgüzəşti (film, 1976) Arzu (film, 1972) Axırıncı aşırım (film, 1971) (tammetrajlı bədii film) - rol: Eyvaz Babək (film, 1979) Bağ mövsümü (film, 1985) Bakıda küləklər əsir (film, 1974) Bəyin oğurlanması (film, 1985) Bir cənub şəhərində (film, 1969) Bir məhəllədən iki nəfər (film, 1957) Bizim Cəbiş müəllim (film, 1969) Bizim küçə (film, 1961) Bizim küçənin oğlanları (film, 1973) Böyük dayaq (film, 1962) Buyruq və quyruq (film, 1972) Çarə (film, 1981) Cazibə qüvvəsi (film, 1964) Zirvə (film, 1964) Dağlarda döyüş (film, 1967) Dairə (film, 1985) Dərviş Parisi partladır (film, 1976) Əla kəsici (film, 1975) Əmək və qızılgül (film, 1962) Ən vacib müsahibə (film, 1971) Əsl dost (film, 1959) Evlənmək istəyirəm (film, 1983) Firəngiz (film, 1975) General (film, 1970) Gözbağlıcılar (film, 1973) Gözlə məni (film, 1980) Həyat bizi sınayır (film, 1972) İşgüzar səfər (film, 1982) İstintaq davam edir (film, 1966) İyirmialtılar (film, 1966) Jonqlyor (film, 1986) Kontor (film, 1978) Kölgələr sürünür (film, 1958) Qanun naminə (film, 1968) Qatır Məmməd (film, 1974) Qəribə əhvalat (film, 1960) Qoy dolanaq... (film, 1972) Leylək gözləyir (film, 1977) Maqarıç (film, 1973) Mən ki gözəl deyildim (film, 1968) Məşədi İbad-80, yaxud köhnə tanışlar (film, 1980) Möcüzələr adası (film, 1963) Mühazirə (film, 1986) Nizami (film, 1982) O qızı tapın (film, 1970) Ömrün ilk saatı (film, 1973) Onu bağışlamaq olarmı? (film, 1959) Onun böyük ürəyi (film, 1958) Özgə ömür (film, 1987) Rəqiblər Romeo mənim qonşumdur (film, 1963) Səhər (film, 1960) Sehrli xalat (film, 1964) Səmt küləyi (film, 1973) Şerəli və Aybərçin (film, 1989) Şir evdən getdi (film, 1977) Sevinc buxtası (film, 1977) Sizi dünyalar qədər sevirdim (film, 1985) Sizi, kiçik toy məclisinə dəvət edirik. (film, 1979) Skripkanın Sərgüzəşti (1972) Telefonçu qız (film, 1962) Təxribat (film, 1989) Torpaq. Dəniz. Od.
Sabutay bahadur
Sabutay bahadur (Monqolca: Сүбээдэй / Sübe'edei, Sübütei, Farsca: سوبداى بهادر Sūbdā'ī bahādur, Çincə: 速不台 ya da 速別額台; təq. 1175, Burxan Xaldun dağı – 1248), Çingiz xan və Ügedey qaanınn öndə gələn tümən bəyi idi. Türk əsillidir. == Həyatı == Uryanxay oymağından Çarçıday dəmirçinin oğlu idi. Böyük qardaşı Cəlmə noyonun ardınca Çingiz xanın yanına getdi. Xan onu ordusuna götürüb tez bir zamanda yüksəltdi. Tarixdəki hiç bir sərkərdənin almadığı qədər torpak ələ keçirdiyi 20-dən çox səfərə başçılıq etmişdir. bir çox hərbi manevrləri, strateji hücumları, aldadıcı, hiylə dolu geri çəkilmələri ilə tanınırdı. Ən çox Macarıstan və Polşa ordularını aralarında təqribən min dörd yüz kilometr məsafə olan hərbi birliklərlə iki gündə yox etdiyi çox yaxşı düşünülmüş muharibə planıyla xatırlanmaqdadır. Çingiz xanın Monqolustana, Çinə və Orta Asiyaya etdiyi səfərlərə yardım etmişdir.
Teqh Bahadur
Teqh Bahadur (pənc. ਗੁਰੂ ਤੇਗ਼ ਬਹਾਦੁਰ; hind गुरू तेग़ बहादुर; 1 aprel 1621, Amritsar – 11 noyabr 1675, Dehli) - Siqhlərin doqquzuncu qurusudur. Quru Har Qobindin oğludur. Qardaşı oğlu Har Krişanın vəfatından sonra 1664-cü ildə quru olmuşdur. Şer yazmaqla məşğul olmuşdur.
Yesugey bahadur
Yesugey (monq. Есүхэй баатар (1134 - 1171) — Borucigin soyundan olan monqol başçısı, Çingiz xanın atası. == Həyatı == Monqolustan çölləri tatar türklərinin əlində idi və onlarla monqollar arasında tez-tez amansız döyüşlər baş verirdi. Belə döyüşlərdən birində tatarlar Yesugey bahadurun atası Bartan bahaduru əsir aldılar. Sonra da onu monqolların köhnə düşməni olan Çjurçjenlərə satdılar. Sonuncular da Ambaqay xanı Çin imperatoruna təslim etdilər. Çün imperatoru isə Monqolustan səhralarında müstəqil dövlət qurmaq fikrinə düşərək mərkəzi hakimiyyətə tabe olmaq istəməyən Bartan bahadur qəddarcasına qətlə yetirdi. Bu arada tatarlar monqolların onlardan Bartan bahadurun qisasını alacağından ehtiyat edərək ələ aldıqları gizli qatil vasitəsəi ilə Yesugey bahaduru zəhərlədilər. Yesugey bahadurun ölümündən sonra onun qurduğu dövlət dağıldı.
Bahadur Şirinov
Anşan (Fars)
Anşan (şum. 𒀭𒍝𒀭), müasir Təll Malyan (fars. تل ملیان‎), qədim fars şəhəri. İranın cənub-qərbindəki Zaqros dağlarında, Şirazdan təxminən 46 kilometr (29 mil) şimalda və Fars ostanında Beyza/Ramcird düzənliyində Persepolisdən 43 kilometr (27 mil) qərbdə yerləşirdi. Onun yerləşdiyi yer Elam tədqiqatları üçün əlamətdardır. Bu, mövcud olan ən erkən şəhər dövlətlərindən biri və eramızdan əvvəl 4-cü minilliyin sonlarından Elamın ən erkən paytaxtlarından biri idi. Eramızdan əvvəl 7-ci əsrdə farsların hakimiyyəti altına düşdü və sonra Farsın ilk paytaxtlarından birinə çevrildi. Anşan haqqında məlum olanların əksəriyyəti Tall-e Malyanda arxeoloji qazıntılar zamanı aşkar edilmiş qədim artefaktlar və erkən Elam mətnlərindəki keçidlər vasitəsilə aşkar edilmişdir. == Tarixi == Anşan dünyanın ən qədim məlum sivilizasiyalarından biri hesab olunur. Eramızdan əvvəl 4000-ci ildən eramızdan əvvəl 1000-ci ilə qədər ardıcıl olaraq işğal edilmiş və siyasi cəhətdən Suzıdakı elamlılarla, eləcə də mesopotamiyalıların hakimiyyəti altında olmuşdur.
Baladeh (Fars)
Valashahr — İranın Fars ostanının Kazerun şəhristanının Cereh və Baladeh bəxşində şəhər və bu bəxşin mərkəzi. 2015-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,972 nəfər və 856 ailədən ibarət idi.
выша́тывание гекто... госаппара́т несмы́сленный нуди́стка щёткови́дно бестари́фный бе́шенство матки кодиро́вщик отправля́ться пласти́чески подвя́зывание прислу́га себялю́б сладкова́тый томи́ться умозаключе́ние чу́вствоваться орябь beast cold wave explicit costs muddle through self-affirmation перегрузить